Yeni tədris ilinə uğurlu start!

Yeni tədris ilinin başlanması münasibətilə C.Cahangirov adına 4№li tam orta məktəbin rəhbərliyi və pedaqoji kollektivi bütün təhsil işçilərini təbrik edir,şərəfli işlərində müvəffəqiyyətlər arzulayır.Yeni tədris ilinin başlanması ilə əlaqədar məktəbin sinif otaqlarında və fənn kabinetlərində təmizlik işləri aparılmışdır:divarlar rənglənmiş,döşəmələr laklanmış,pəncərə şüşələri,partalar,oturacaqlar silinmişdir.Məktəbdə 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referenduma da hazırlıq işləri başa çatmışdır.Azərbaycan RespublikasıTəhsil Nazirliyi,Bakı şəhəri üzrə Təhsil İdarəsinin göstərişlərinə əsasən şagirdlərin bütün dərsliklərlə təminatı işi də uğurla həyata keçirilir.Şagirdlərin dərsliklərlə,müəllimlərin isə müəllim üçün metodik vəsaitlərlə tam təmin olunması işinə kitabxana müdiri ilə bərabər məktəb rəhbərliyi də ciddi nəzarət edir.Arzu edirik ki,başlıqda dərc etdiyimiz kimi uğurla başladığımız tədris ilini uğurla da başa vuraq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi