8 noyabr "Zəfər Günü"

05.11.2021-ci il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbdə "8 noyabr Zəfər Günü" nə həsr olunmuş tədbir keçirildi.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Əvvəlcə məktəbin direktor əvəzi Hüseyn Ağayev 44 günlük hərbi əməliyyatların Azərbaycan tarixinə Vətən müharibəsi kimi əbədi həkk olunduğunu diqqətə çatdırıb.O, bildirib ki, 44 günə əzəli torpaqlarımız qəhrəman şəhidlərin qanı və canı bahasına işğaldan azad edilib, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib.

Hüseyn Ağayev 1990-cı illərin əvvəllərində ölkənin düşdüyü açınacaqlı durumdan, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra bütün istiqamətlərdə, xüsusən ordu quruculuğu ilə bağlı həyata keçirilən işlərdən danışıb.

44 günlük qələbəmizin Azərbaycanın daha da güclü olmasını istəməyən dairələrdə qısqanclıq doğurduğunu qeyd edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülaran Əliyeva gənc nəsillə işin yeni dövrün tələblərinə uyğun daha da gücləndirilməsinin zəruriliyini ifadə edib.

Daha sonra məktəbin İngilis dili müəllimi, şəhid bacısı Qəndab Həsənova Gənclərə tövsiyələrini verərək vurğulayıb ki, Vətən müharibəsi müstəqillik dönəmində güclü vətənpərvərlik hissinə malik, milli ruhda tərbiyə almış, bilikli gənc nəslin yetişdiyini birmənalı şəkildə sübuta yetirdi.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdi.Şagirdlər musiqi nömrələri ilə çıxşı etdilər və vətənpərvərlik ruhunda şeirlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi