4 fəsil, 4 qütb, 44 gün kompozisiyalı "Zəfər Rəngləri" adlı rəsm sərgisi

Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam məktəbin bir neçə istedadlı şagirdi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına Balaxanı Qəsəbə Mədəniyyət Evi, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Balaxanı Qəsəbəsi üzrə Nümayəndəliyi, Balaxanı Qəsəbə Bələdiyyəsinin təşkilatçılığı ilə "44 günlük" Vətən Müharibəsinə həsr olunmuş "4 fəsil, 4 qütb, 44 gün" kompozisiyalı "Zəfər Rəngləri" adlı rəsm sərgisində İbtidai sinif müəllimi Rizvanə Rəfiyevanın rəhbərliyi altında yüksək səviyyədə iştirak etdilər.Uğurlu çıxışlarına görə şagirdlərimizin hər biri diplomla təltif olundu.