Zəfər günü

03.11.2021-ci il tarixdə Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin 3"Ç" sinif rəhbəri Yasəmən Bəylərovanın təşkilatçılığı ilə "8 Noyabr- Zəfər günü"nə həsr olunmuş bayram tədbiri keçirildi. Tədbirdə qazilər, məktəbin direktor əvəzi Hüseyn Ağayev, təlim-tərbiyə işləri üzrə direktor müavini Gülaran Əliyeva,fənn müəllimləri və şagirdlər iştirak etdilər.
Məktəbin direktor əvəzi Hüseyn Ağayev çıxış edərək tədbir iştirakçılarını müzəffər, şanlı ordumuzun cənab Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımıza bəxş etdiyi qələbə bayramı, Zəfər günü münasibəti ilə təbrik etdi. O, gənc nəslə Azərbaycan xalqının keçdiyi zəfər tarixindən və vətənpərvərlik ideologiyasının Ulu Öndərdən miras qaldığını qeyd edərək bu ideologiyanın davam etdirilməsini tövsiyə etdi.
Tədbirdə müəllimlər, qazilər də çıxış etdilər. Şagirdlər vətənpərvərlik və qələbə ruhlu şeirlər səsləndirdilər.