ll-IX siniflərdə diaqnostik qiymətləndirmələr keçirilir.

ll-IX siniflərdə diaqnostik qiymətləndirmələr keçirilir.
2020-2021-ci tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilməsindəki çatışmazlıqların aşkarlanması məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəblərə göndərilmiş materialların əsasında 25.10.2021-ci il tarixindən etibarən II-IX siniflərdə diaqnostik qiymətləndirmələr keçirilməyə başlayıb. Diaqnostik qiymətləndirmələr öncədən müəyyən edilmiş qrafik əsasında təyin edilmiş nəzarətçılərin iştirakı ilə Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənləri üzrə keçirilir.