“Aşıq Ələsgər və Azərbaycan folkloru"

Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbdə “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi keçirilir.

Azərbaycan Respublikası təhsil nazirinin 26.07.2021-ci il tarixli F-372 əmri ilə təsdiq olunmuş “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın icrasını təmin etmək, təhsilalanları ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, xüsusi istedada malik olan şagirdləri üzə çıxarmaq, onların bədii-estetik zövqünü formalaşdırmaq və məktəblilərin yaradıcılıq səviyyələrinin yüksəldilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi keçirildi. Tədbirdə məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Hüseyn Ağayev, kitabxana müdiri Məlahət Əliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimləri Firuzə Babayeva,Vüsalə Nuriyeva, Samirə Zakirova və 7-10-cu sinif şagirdləri iştirak edirdilər.Tədbiri giriş sözü ilə məktəbin tərbiyə işləri üzrə direktor müavini və məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Hüseyn Ağayev açdı.Əvvəlcə "Aşıq Ələsgər və Azərbaycan folkloru" mövzusunda yaradıcılıq müsabiqəsinin keçiriliməsi barədə əmri müəllim və şagirdlərin diqqətinə çatdırdı.Daha sonra şagirdlərin ifasında Aşıq Ələsgərin yaradıcılığından nümunələr səsləndi, sazda dahi sənətkarın sözlərinə yazılmış musiqi ifa olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi