Uşaqlar bizim gələcəyimizdir

Bu gün məktəbdə "1 iyun-Ümumdünya Beynəlxalq Uşaqların Müdafiəsi günü"nə həsr olunan musiqili-əyləncəli tədbir keçirilmişdir.Yüksək əhval-ruhiyyə ilə tədbirdə iştirak edən şagirdlər Azərbaycan,rus,ingilis dilində şeir söyləmiş,mahnılar ifa etmiş,şən rəqs nömrələri ilə hamının könlünü oxşamışlar. Uşaqlar "Yallı" rəqsi ilə həm valideynlərə,həm də müəllimlərə böyük sevinc bəxş etmişlər.