Balaca idmançının uğurları

Məktəbin II b sinif şagirdi Vəliyeva Fatimə Vüqar qızı 9-10 may 2016-cı il tarixdə "Heydər Əliyev kuboku"uğrunda karate-do idman növü üzrə Naxçıvan Muxtar Respublikasının açıq cempionatında 8-9 yaş qrupunda birinci yeri tutaraq medal və diploma layiq görülmüşdür. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ona çanta və idman geyimi də hədiyyə etmişdir. Çempionatda Gənclər və İdman naziri Azad Rəhimovla xatirə şəkli də çəkilmişdir.Balaca Fatimənin qazandığı uğurları fəxrlə sadalayırıq:"Dünya azərbaycanlılarının həmrəyliyi günü"nə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında 4-cü açıq çempionatında kumite idman növü üzrə I yer,"Sumqayıt gəncləri narkomaniyaya "Yox"deyir" devizi altında milli karate üzrə açıq şəhər çempionatında I yer, Uşaqlar,Yeniyetmələr və Gənclər arasında 5-ci açıq çempionatında kumite üzrə III yer......Fatimə qızımızı təbrik edir ,ona uğurlar arzulayırıq.