Nizami Gəncəvi 880- Online tədbir

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 5 yanvar 2021-ci ildə verdiyi sərəncamla 2021-ci il "Nizami Gəncəvi İli" elan olunmuşdur.

16.04.2021-ci il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbinTərbiyə işləri üzrə direktor müavini Hüseyn Ağayevin rəhbərliyi, Azərbaycan dili və Ədəbiyyat müəllimi Elnarə Rəsulovanın təşkilatçılığı ilə "Nizami Gəncəvi İli" və Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə online tədbir təşkil olundu.

Tədbiri giriş sözü ilə Tərbiyə işləri üzrə direktor müavini Hüseyn Ağayev açaraq prezidentin sərəncamını və bu sərəncamdan irəli gələn məsələlər barədə şagirdlərə ətraflı məlumat verdi.Daha sonra Azərbaycan dili və Ədəbiyyat müəllimi Elnarə Rəsulova çıxış edərək dahi şəxsiyyətin həyatı və yaradıcılığı haqqında məlumat çatdırdı.

Bundan sonra şagirdlərin ifasında maraqlı çıxışlar dinlənildi və şeirlər söylənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi