İlaxır çərşənbə - Topraq çərşənbəsidir.

Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə - Topraq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.

Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var.

İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar.

16.03.2021-ci il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin 2"B" sinif rəhbəri Rizvanə Rəfiyevanın təşkilatçılığı ilə ilaxır çərşənbə- Torpaq çərşənbəsi online tədbir qeyd olundu.

Tədbirdə şagirdlər bir-birindən maraqlı çıxışlar etdilər.Novruz bayramının personajları olan kosa və keçəlin tədbirdə iştirak etməsi hamı tərəfindən maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi