Külək oyadan yel çərşənbəsi

Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.
İnanclar:
Yeli əsdirəni söyməzlər.Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.
Üçüncü çərşənbə bəzi bölgələrdə, xüsusən də Azərbaycanın qərb rayonlarında Qara çərşənbə, Gül çərşənbə də adlandırılır. Həmin gün qəbirlər ziyarət olunar, kol-kosdan təmizlənər, dünyasını dəyişmiş yaxınlar yad edilər.
09.03.2021-ci il tarixində Bakı şəhər C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin 2"B" sinif rəhbəri Rizvanə Rəfiyevanın təşkilatçılığı və şagirdlərin iştirakı ilə Microsoft Teams platforması üzərindən online formada ilaxır çərşənbələrdən üçüncüsü olan Yel çərşənbəsi qeyd edildi.