Boz ayda qeyd edilən ikinci çərşənbə - Od çərşənbəsidir.

Boz ayda qeyd edilən ikinci çərşənbə - Od çərşənbəsidir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
02.03.2021- ci il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin 2"B" sinif rəhbəri Rizvanə Rəfiyevanın və tərbiyə işləri üzrə direktor müavini Hüseyn Ağayevin təşkilatçılığı və şagirdlərin iştirakı ilə online şəkildə "Od çərşənbəsi" adlı tədbir keçirildi.Tədbiri giriş sözü ilə Hüseyn Ağayev açaraq şagirdlərə Od çərşənbəsi haqqında məlumat verdi.Daha sonra sinif rəhbəri Rizvanə Rəfiyevanın rəhbərliyi ilə şagirdlərin ifasında bir-birindən maraqlı çıxışlar səsləndirildi.Şagirdlər od çərşənbəsi haqqında hazırladıqları məlumatları səsləndirdilər.Şagirdlər rəqs nömrələri ilə də çıxış etdilər.Tədbir məktəb rəhbərliyi tərəfindən bəyənildi.