Xocalı soyqırımı-Onlayn tədbir

26.02.2021-ci il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin 2"B" sinif rəhbəri Rizvanə Rəfiyevanın təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş online tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi ilə başlandı.Daha sonra şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə tərbiyə işləri üzrə direktor müavini Hüseyn Ağayev açaraq şagirdlərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verdi.Sinif rəhbəri Rizvanə Rəfiyeva da şagirdləri Xocalı soyqırımı haqqında məlumatlandırdı.Sonra şagirdlər hazırladıqları təqdimatlarla çıxış etdilər.Şagirdlərin hazırladıqları videoçarxlar nümayiş olundu.Tədbir məktəb rəhbərliyi tərəfindən bəyənildi.