Xocalı soyqırımı-Onlayn tədbir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 12 fevral 2021-ci il tarixli F-38 nömrəli əmri ilə təsdiq edilmiş Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq Bakı şəhəri C.Cahangirova adına 4 nömrəli tam orta məktəb üzrə online tədbirlərə start verilmişdir.
Silsilə tədbirlərin davamı olaraq bu gün 3"Ç" sinif rəhbəri Aysel İbrahimlinin təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş online tədbir keçirildi.
Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başladı.
Tədbiri giriş sözü ilə tərbiyə işləri üzrə direktor müavini Hüseyn Ağayev açaraq şagirdlərə Xocalı faciəsi haqqında məlumat verdi.Daha sonra sinif rəhbəri Aysel İbrahimli çıxış etdi.
Şagirdlər Xocalı faciəsi haqqında şeirlər səsləndirdilər,təqdimatlarını və rəsm işlərini nümayiş etdirdilər.
Tədbir məktəb rəhbərliyi tərəfindən bəyənildi.