Beynəlxalq Ana Dili Günü

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir.

Dövlətimizin başçısı Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin 7"B" sinfində Tərbiyə işləri üzrə direktor müavini Hüseyn Ağayevin rəhbərliyi, Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Bəşiri-Əslinin təşkilatçılığı ilə "21- fevral Beynəlxalq Ana Dili Günü"nə həsr olunmuş online tədbir keçirildi.

Tədbiri giriş sözü ilə tərbiyə işləri üzrə direktor müavini Hüseyn Ağayev açaraq şagirdlərə  bu gün haqqında ətraflı məlumat verdi.Daha sonra Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Bəşiri-Əsli şagirdləri bu gün haqqında məlumatlandırdı.Tədbir daha sonra şagirdlərin çıxışları ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi