Maarifləndirici tədbir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 15.09.2020-ci il tarixli F-170 nömrəli əmrinin icrasından irəli gələn "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" ilə əlaqədar olaraq Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin 4"C" sinif rəhbəri Elnarə Hüseynovanın təşkilatçılığı və tərbiyə işləri üzrə direktor müavini Hüseyn Ağayevin rəhbərliyi altında "Yol hərəkətinin təhlükəsizliyinə" dair online tədbir keçirildi.
Tədbiri giriş sözü ilə məktəbin tərbiyə işləri üzrə direktor müavini Hüseyn Ağayev açdı.H.Ağayev bildirdi ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd yol hərəkətində hərəkətin təhlükəsizliyinin təmin edilməsi, eləcə də təbliğat işlərini gücləndirməklə baş verən yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.Daha sonra sinif rəhbəri Elnarə Hüseynova çıxış edərək şagirdlərə yol hərəkəti qaydaları haqqında məlumat verdi.
Şagirdlər hazırladıqları rəsm işlərini və təqdimatlarını nümayiş etdirdilər.
Sonda yol hərəkət qaydalarını izah edən film nümayiş olundu.