"20 Yanvar faciəsi tariximizin qan yaddaşıdır"

Azərbaycan Respublikası Təhsil Nazirinin "20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi haqqında 14 yanvar 2021-ci il tarixli F-05/01 nömrəli əmrinin icrasını təsdiq etmək məqsədilə" Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında əsasnaməni rəhbər tutaraq Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Hüseyn Ağayevin və 3"Ç" sinif rəhbəri Aysel İbrahimlinin təşkilatçılığı ilə Microsoft Teams platforması üzərindən online şəkildə "20 Yanvar faciəsi tariximizin qan yaddaşıdır" adlı tədbir keçirildi. Tədbir vətənin azadlığı yolunda canlarından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.Daha sonra məktəbin tərbiyə işləri üzrə direktor müavini Hüseyn Ağayev 20 Yanvar faciəsi haqqında şagirdlərə ətraflı məlumat verdi.Sinif rəhbəri Aysel İbrahimli də şagirdləri bu faciə haqqında bilgiləndirdi.Tədbirin gedişində 20 Yanvar faciəsini əks etdirən şagirdlərin rəsm işləri nümayiş etdirildi.Şagirdlər şəhidlərimiz haqqında şeirlər söylədi və məlumatlar təqdim etdilər.