Respublika fənn olimpiadası

16.01.2021-ci il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbdə Respublika Fənn Olimpiadasının məktəb turu keçirilmişdir.8-11-ci siniflərdə Azərbaycan dili və ədəbiyyat, Riyaziyyat, Tarix, Fizika, Kimya, Biologiya, Coğrafiya, İnformatika fənlərindən aparılan bilik yarışında şagirdlərimiz həvəslə iştirak etmişdir.Fənn Olimpiadasının məktəb turu Microsoft Teams platforması üzərindən onlayn olaraq həyata keçirildi. Saat 10.00 da olimpiada başlanıldı. Şagirdlərə bilik və bacarıqlarını nümayiş etdirmək üçün 2 saat vaxt verildi. Komandalara rəhbərlik metodbirləşmə rəhbərləri tərəfindən həyata keçirildi. Rəhbərlik tərəfindən qeyri profil fənn müəllimləri nəzarətçi olaraq təyin edildi. Rəhbərlik tərəfindən olimpiadanın şəffaf keçirilməsi üçün müvafiq tapşırıqlar verildi. İmtahan boyunca kameralar və mikrofonlar nəzarətçi müəllimlər tərəfindən daim nəzarətdə saxlanıldı. İmtahan müddətində məktəbin direktoru Rəhimova Fətdanə, təlim-tərbiyə işləri üzrə direktor müavini Əliyeva Gülaran mütəmadi olaraq komandalara qoşularaq nəzarət etmişdir. Məktəb turunda iştirak edən şagirdlərimizə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi