Azərbaycan xalqının tarixi qələbəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020 F-512 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət planına uyğun olaraq 29.11.2020-ci il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Hüseyn Ağayevin, tarix müəllimi Fərid Ağaliyevin, informatika müəllimi Jalə Əyyublunun, X və XI sinif şagirdlərinin iştirakı ilə "Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə" videokonfrans təşkil olundu.
Videokonfransı giriş sözü ilə məktəbin tərbiyə işləri üzrə direktor müavini Hüseyn Ağayev açaraq şagirdlərə fəaliyyət planı haqqında ətraflı məlumat verdi.Daha sonra məktəbin tarix müəllimi Fərid Ağaliyev mövzu ilə bağlı olaraq çıxış etdi.İnformatika müəllimi Jalə Əyyubluda öz fikirlərini bildirdi.Şagirdlərin sualları cavablandırıldı.Sonda X"A" sinif şagirdi İlkanə Əliyeva şeir söylədi.