Xocalı faciəsi

25.02.2020-ci il tarixdə Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin 1"A" sinif rəhbəri Sədaqət Qasımova "Xocalı soyqırımı" nın 28-ci ildönümü ilə əlaqədar olaraq təşkilat saatı keçirdi.
Təşkilat saatı Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi ilə başlandı.Daha sonra şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi.Şagirdlərin göstərdikləri səhnəciklər hamı tərəfindən bəyənildi.
Məktəbin tərbiyə işləri üzrə direktor müavini Hüseyn Ağayev çıxış edərək belə vətənpərvərlik mövzusunda olan tədbirlərin,təşkilat saatlarının keçirilməsinin vacibliyini bildirdi.Təşkilat saatında Balaxanı qəsəbəsi M.Ə.Sabir adına kitabxananın müdiri Məlahət xanımda iştirak etdi.O da təşkilat saatının keçirilməsini yüksək qiymətləndirdi.Şagirdlərə uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi