"Xocalı- qan yaddaşımız"

Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Təhsil nazirinin 13.02.2020-ci il tarixli F-91 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə 20.02.2020-ci il F- 73 nömrəli əmrilə təsdiq olunmuş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına uyğun olaraq məktəbin tərbiyə işləri üzrə direktor müavini Hüseyn Ağayevin, Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülşən Məhərrəmovanın, ingilis dili müəllimi Ayşən Əsədovanın təşkilatçılığı ilə "Xocalı- qan yaddaşımız" adlı anım tədbiri keçirildi. Tədbirdə şagirdlərin ifasında səhnəciklər, mahnılar və şeirlər təqdim olundu. Daha sonra çıxış edən məktəbin tərbiyə işləri üzrə direktor müavini Hüseyn Ağayev şagirdlərdə vətənpərvərlik tərbiyəsinin formalaşdırılmasında bu səpkidə tədbirlərin keçirilməsinin müsbət hal olduğunu vurğuladı.Sonda şagirdlərə və müəllimlərə minnətdarlığ bildirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi