Dəyirmi masa

Fevralın 18-də Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin kitabxanasında tərbiyə işləri üzrə direktor müavini Hüseyn Ağayevin təşkilatçılığı ilə "Xocalı soyqırımının 28-ci ildönümü" ilə əlaqədar olaraq "dəyirmi masa" keçirildi.
Əvvəlcə şagirdlərə bu dəhşətli soyqırım haqqında ətraflı məlumat verildi. Şagirdlərin hazırladıqları çıxışlar dinlənildi.Daha sonra məktəbin kitabxana müdiri Məlahət Əliyeva və kitabxanaçı Fidanə Məmmədova "Xocalı soyqırımı" haqqında şagirdləri bilgiləndirdilər.