Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir

Bu gün məktəbimizdə Ümummilli liderimiz, müasir Azərbaycanımızın qurucusu və əvəzolunmaz siyasətçi Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş geniş tədbir keçirildi. Tədbirdə məktəbin pedaqoji heyəti və şagirdlər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tahirə xanım Şükürova çıxış edərək,ulu öndərin tarix boyu qoyduğu izdən, onun siyasi fəaliyyəti və quruculuq işlərindən danışdı. Xüsusi olaraq vurğuladı ki,Azərbaycanın bugünki müstəqilliyi və qüdrəti məhz ulu öndər Heydər Əliyevin siyasəti sayəsində mümkün olub: "Azərbaycan bu gün böyük dövlətlər arasında özünə yer tutmuş, qüdrətli, güclü bir dövlətə çevrilib və bu gün hər bir azərbaycanlı həqiqətən də Azərbaycan Respublikasının vətəndaşı olmağı ilə fəxr edir və öz dövləti ilə qürur duyur. Bu qürurun da əsasını qoyan ulu öndər Heydər Əliyevdir. Bu gün də ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan sürətlə inkişaf edir. Heydər Əliyev ideyaları bu gün də yaşayır, Azərbaycan dövlətinin inkişafına və qüdrətlənməsinə xidmət edir."
Tədbirdə şagirdlər dahi şəxsiyyətin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verdilər.Ona həsr olunmuş şeirlər və poemalardan parçalar söylədilər.Heydər Əliyevin ömür gün yoldaşı Zərifə xanıma olan sevgi və hörmətindən  danışdılar.Şagirdlərin ifasında bu müqəddəs sevgiyə həsr olunmuş “Zərifə sevgisi,Heydər sevgisi” adlı poemadan parça səsləndirildi.Tədbir şagirdlərin ifasında "Azərbaycan" mahnısı  ilə bitdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi