Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri

Bu gün məktəbimizdə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.Tədbirdə əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra şagirdlər çıxış edərək Xocalı faciəsi haqqında ətraflı məlumat verərək erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını haqqında ətraflı danışdılar.Şagirdlər kompozisiyalar nümayiş etdirdilər,şeirlər söyləyib,mahnılar ifa etdilər.
Tədbirdə çıxış edən məktəbin direktoru Tahirə xanım Şükürova bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyərək dedi ki, Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət əleyhinə törədilmiş qanlı cinayətdir. Bu faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, Xocalı faciəsi ilə əlaqədar müxtəlif layihələr çərçivəsində Azərbaycan həqiqətlərinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə yaxından çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının rolu böyükdür.Bu kampaniya dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırır.Tahirə xanım şagirdlərə müraciət edərək söylədi ki,siz də bu gün sosial media vasitəsilə bu dəhşətlərin dünyaya çatdırılmasında böyük rol oynamalısınız.
Bu gün xalqımız Azərbaycan torpaqlarının işğalçı qüvvələrdən azad edilməsini, soydaşlarımızın işğal olunmuş torpaqlarımıza - Dağlıq Qarabağa və ətraf ərazilərə qayıtmağını əzm və səbirsizliklə gözləyir. Biz bilirik ki,həmən gün uzaqda deyil.Dövlətimizin və xalqımızın buna qadir olduğunu Azərbaycan Ordusu 2016-cı ilin aprel döyüşlərində layiqincə sübut edib

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi