Bülbülün anadan olmasının 120 illik yubileyinə həsr olunmuş seminar

Məktəbimizdə  Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tanınmış ictimai xadim, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün anadan olmasının 120 illik yubileyinə həsr olunmuş tədbirlər davam edir.

Dünən məktəbin ədəbiyyat müəllimi Məmmədova Təranənin təşkilatçılığı ilə 5-ci sinifdə Bülbülün yaradıcılığına həsr olunmuş seminar təşkil edildi.Seminar şagirdlərin ifasında Bülbülün repertuarından “Ölkəm” romansının səslənməsi ilə başlandı.

Sonra müəllimə  Azərbaycan Prezidenti İlham Əliyevin “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətini vurğulayıb,ölkə prezidentinin dahi Bülbül haqqında söylədiyi fikirləri prezentasiya şəklində şagirdlərə nümayiş etdirdi.Şagirdlər görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, SSRİ xalq artisti Bülbülün Azərbaycan mədəniyyəti tarixindəki müstəsna xidmətlərindən danışdılar. Bülbülün böyüyüb boya-başa çatdığı doğma Şuşamıza virtual olaraq səyahət etdilər.

Şagirdlər Bülbülün ev muzeyinə ekskursiya etdikləri üçün öz təəssüratları ilə bölüşdülər.Tədbir dahi Bülbülə həsr olunmuş sənədli filmin nümayişi ilə bitdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi