26 Fevral Xocalı soy qırımının 23-cü il dönümü

Bu gün Xocalı faciəsinin yad edilməsi məqsədilə Bakı Şəhəri Nərimanov rayonu R.Nəsrəddinov adına 39№-li tam orta məktəbdə geniş tədbirlər keçirildi.Məktəb şagirdləri Xocalı şəhidlərimizin xatirəsini ehtiramla yad edib,gözəl şeirlər söylədi,səhnələr göstərdi.Tədbirdə iştirak edən qonaqlarımız, Xocalı faciəsinin canlı şahidləri çıxış edərək şagirdlərə ürək sözlərini söylədilər.Sonda məktəbimizin direktoru Tahirə xanım Şükürova çıxış etdi. Tahirə xanım öz çıxışında bir daha Xocalı şəhidlərinin əziz xatirəsini yad etmiş, onların yaxınlarına, ailə üzvlərinə, Azərbaycan xalqına bir daha dərin hüznlə baş sağlığı vermişdir. Bundan başqa "Xocalı faciəsi şagirdlərin gözü ilə" adlı şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi təşkil olundu.2-ci sinif şagirdləri "Xocalıya ədalət" kompaniyası adı altında şəkillər çəkərək əhaliyə payladılar.Yuxarı sinif şagirdlərinin "Ana abidəsi"nə ziyarəti təşkil olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi