Mütaliə vərdişləri

Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı 16 dekabr 2014-cü il tarixli,1279 nömrəli əmrinə əsasən məktəbimizdə davamlı tədbirlər keçirilir. May ayının 22-də məktəbimizdə 2-ci sinif şagirdləri Azərbaycan şairi və əməkdar incəsənət xadimidi Tofiq Müttəlibov və Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin,Zahid Xəlil və rus yazıçısı M.Qorkinin əsərlərindən ibarət tədbir təşkil etmişdirlər.Tədbiri ilk olaraq 2a sinfi çıxış etdi.2a sinifinin sinif rəhbəri B.Adilə şagirdlərlə birgə Azərbaycan şairi və əməkdar incəsənət xadim Tofiq Müttəlibov və M.Dilbazinin həyat və yaradıcılığından danışdılar.Şagirdlər Tofiq Mütəllibovun sözlərinə bəstələnmiş "Cücələrim"rəqsini ifa etdilər,2b sinif rəhbəri O.Sevər şagirdlər birgə Z.Xəlilin "Üç görməmiş","Güzgü" hekayəsi,"Günələ böcəyin söhbəti" kiçik səhnəçiklər şəklində nümayiş etdirdilər.2ç sinif rəhbəri A.Yeganə və şagirdlərlə birgə görkəmli rus yazıçısı M.Qorkinin həyat və yaradıcılığından danışmış yazıçının "Sərçəçik nağılından ibarət səhnələr nümayiş etdirdilər.Tədbirdə məktəbin direktoru Tahirə xanım Şükürova uşaqlarla əsərlər haqqında diskusiya, sual-cavab apardı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi