ELİMİZƏ BAHAR GƏLİR

İlin ən gözəl fəsillərindən biri bahardır. Bu fəsil gözəllik fəsli, xoş əhvali-ruhiyyə fəslidir. Bahar gələndə təbiətdə böyük dəyişikliklər baş verir. Baharın yurdumuza qədəm qoyduğu ilk gün gecə ilə gündüzün bərabərliyi günüdür. "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində məktəbimizin ibtidai sinif müəllimi Mənzər Quliyevanın təşkilatçılığı ilə 2 "A" sinfində "Elimizə bahar gəlir" adlı tədbir təşkil edilib. Mənzər müəllimə şagirdlərə milli adət ənənələrimiz, Novruzun mənşəyi, tarixi kökləri haqqında danışıb. Daha şagirdlər bayram münasibətilə şeirlər, rəqslər, səhnəciklər nümayiş etdiriblər. Novruzun məzəli personajları Kosa və Keçəlin meydanda görünməsi bayram şənliyinə daha da ahəng gətirib.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi