"Mirvari Analar" adlı tədbir keçirildi

Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin və RUGİM-in birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar gününə həsr edilmiş "Mirvari Analar" adlı tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə məktəbin direktoru Tahirə xanım Şükürova, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər.

Tədbirdə C. Cabbarlı, H. Arif və M.U.Şirvanlının "Ana" şeiri səsləndirildi. Kiçik rəqqasların təqdimatında "Lalə", "Uzun dərə" və Gürcü rəqsi" təqdim edildi. Tədbir boyunca Analara həsr olunmuş slayd sərgiləndi. Məktəbin direktoru Tahirə Şükürova çıxış edərək Azərbaycan qadınlarının məğrurluğu və dəyanətindən bəhs etdi. Birinci xanım olmaqla bütün Azərbaycan qadınlarını bayram münasibətilə təbrik etdi. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi