Vətən torpağını anadan üstün tutan Şəhidimiz

Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda şəhid və qazi ailələrinə diqqət tədbirlərimizdə daim diqqət mərkəzində olub. Məktəbdə nümunəvi siniflərin qəhrəmanların adı ilə adlandırılması təcrübəsinin tətbiqinə əsasən məktəbin tarix müəllimi Lalə Abdullayevanın təşkilatçılığı ilə 9 ”Ç” sinfində şəhid Fəxri Qəribzadə ilə bağlı tədbir keçirildi. Tədbir dövlət himni səslənərək başladı. Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin direktoru Tahirə Şükürova, şəhid Fəxri Qəribzadənin anası Mehparə xanım, bacısı Türkan xanım, məktəbimizinin adını daşıdığı Milli Qəhrəman Rafiq Nəsrəddinovun qardaşı Mehdi Nəsrəddinov iştirak edirdi. Şagirdlər şəhidin həyat yolu haqqında məlumat verdilər. Şagirdlər vətənpərvərliklə bağlı şeirlər söylədilər. Şəhidin şəkillərindən ibarət kiçik videorolik nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi