"İdman Həftəsinə" həsr olunmuş maraqlı yarış keçirildi

Bildiyimiz kimi 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar olaraq Elm və Təhsil Nazirinin 28.02.2024-cü il tarixli 3-29/3-2-96F/2024 nömrəli əmri ilə 1-7 mart 2024-cü il tarixlərində ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir. Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı və bu sahədə kütləviliyin artırılması məqsədilə "Şahmat" yarıṣı keçirilib. Yarışın keçirilməsində məqsəd şagirdlərin uğurlarının paylaşılması, şagirdləri bu mözvuda maarifləndirmək və həvəsləndirməkdir. Unutmayaq ki, sağlam bədəndə sağlam ruh olar. İdman sağlamlığın rəhnidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi