1 Mart Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş dərs keçirildi

1 Mart tarixində məktəbin illik fəaliyyət planına əsasən şagirdlərdə fövqəladə hallar zamanı özlərini müdafiə etmək bacarığının formalaşdırılması məqsədilə Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş "Mülki Müdafiə sahəsində innovativ texnologiyalar" mövzusunda videoformat formasında xüsusi dərs keçirildi. Dərsdə məktəbin hərbi rəhbəri Akif Salahov şagirdlərlə yanğının söndürülməsi, təxliyə və ilkin tibbi yardımın göstərilməsi, şəxsi heyətin və şagirdlərin xəbərdarlıq siqnalları verilərkən davranış qaydalarına uyğun fəaliyyət göstərməsi, kollektiv və fərdi mühafizə vasitələrindən düzgün istifadə edilməsi haqqında söhbətlər apardı. Şagirdlərə yanğının qarşısının alınması, şagirdlərin təxliyəsi, ilkin tibbi yardımın göstərilməsi mövzusunda maarifləndirmə məşğələsi keçirilib, yanğın təhlükəsizliyinə dair məlumatlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi