"Səninlə bir əsr" mövzusunda tədbir

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq "Səninlə bir əsr" mövzusunda tədbir keçirilib.

 Məktəbin Azərbaycan dili müəllimi Sevil Nağıyevanın rəhbərliyi ilə 7 A və 9 C sinif şagirdlərinin iştirakı ilə keçirilən anım tədbiri Dövlət Himninin səslənməsi ilə başlayıb.

Sonra Ulu Öndərin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib. Daha sonra şagirdlərin Ulu Öndərə həsr olunmuş çıxışları, şeir nümunələri, kompozisiyaları dinlənilib, Heydər Əliyevdən bəhs edən videoçarx nümayiş olunub.

Sonda məktəbin direktoru Tahirə Şükürova çıxış edərək Heydər Əliyevin geniş və hərtərəfli siyasi fəaliyyətindən, nümunəvi həyatından, bir lider kimi müsbət keyfiyyətlərindən, dövlət üçün etdiyi xidmətlərdən danışıb.

Ümummilli lider Heydər Əliyevin əvəzolunmaz şəxsiyyət, fədakar dövlət xadimi, yorulmaz siyasətçi kimi yaddaşlarda əbədi qalacağını vurğulayıb, şagirdlərə və təşkilatçılara təşəkkürünü bildirib.

Tədbirin sonunda məktəbimizin 1 Ç sinif şagirdi Nailə Bayramlı Ümummilli Liderə həsr etdiyi portreti Tahirə xanıma təqdim edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi