Tədrisin keyfiyyətini yüksəltməyə hədəflənən fənn aylıqlarına star verilib

2023-2024-cü tədris ilində məktəbimizdə fəaliyyət planına müvafiq olaraq "Fənn aylıqları" keçirilməsinə start verilib.

Fənn aylıqlarının keçirilməsində əsas məqsəd şagirdlərin həmin fənnə marağını artırmaq, onlarda fənn üzrə istedad və bacarıqların üzə çıxarmaq, təlim-tərbiyə və tədrisin keyfiyyətini yüksəltmək, tariximizə, mədəniyyətimizə məhəbbət, habelə vətənə sədaqət hislərini daha da möhkəmləndirməkdir. 

Fəaliyyət planına əsasən dekabr ayı kimya fənni üzrə təşkil olunub. Növbəti açıq dərs kimya fənnindən məktəbimizin kimya müəllimi Adilə Mirişlinin tədris etdiyi VIII B sinfində "Duzların təsnifatı, adlandırılması və alınması" mövzusunda keçirildi. Adilə müəllimə açıq dərsdə duzların alınması reaksiyalarını təcrübə vasitəsilə göstərdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi