"Uşaq hüquqları aylığı" çərçivəsində maarifləndirici dərs keçirildi

20 oktyabr-20 noyabr "Uşaq hüquqları aylığı" çərçivəsində məktəbdaxili silsilə tədbirlərin davamı olaraq məktəbin UBR-i Lalə Hüseynovanın, kitabxana müdiri Zəminə Abdullayevanın və kitabxanaçı Aynurə Mikayılovanın təşkilatçılığı ilə VII "A", VII "B" və VI "A" sinif şagirdləri ilə maarifləndirici dərs keçirildi. Keçirilən dərs zamanı "Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu"nun maddələri ayrı-ayrı izah edilmiş, “Uşaq hüquqları Konvensiyası”nda təsbit edilmiş uşaq hüquqları barədə maddələrdən söhbət açıldı, uşaqların suallarına cavab verildi. Dərsdə uşaqlara onların qanunla nəzərdə tutulmuş qaydada təhsil almaq, səhiyyə xidmətindən yararlanmaq, ailədə yaşamaq, istirahət etmək və digər hüquq və vəzifələri izah edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi