Zəfər Günü ilə bağlı tədbirlər

Tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyi olan 8 Noyabr-Zəfər Günü ilə bağlı məktəbimizdə silsilə tədbirlər keçirilib.

Tədbirlər çərçivəsində məktəbin kitabxanasında uşaq birliyi rəhbəri Lalə Hüseynova, kitabxana müdiri Zəminə Abdullayeva və kitabxanaçı Aynurə Mikayılovanın təşkilatçılığı ilə məktəblilərin  əl işlərindən ibarət ibarət “Tarixi Zəfərimiz” adlı sərgi nümayiş olunub.

Həmçinin tədbirlərdə Vətənə olan sədaqət, zəfər, qəhrəmanlıq hisslərini əks etdirən şeirlər, kompozisiyalar təqdim olunub.

Sonda Zəfər Gününə həsr olunmuş sərgidə iştirak edən şagirdlər diplom və medallar ilə təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi