"Zəfər" adlı intellektual yarış keçirildi

Məktəbin illik fəaliyyət planına uyğun olaraq, istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdlərin aşkar edilməsi məqsədilə Nərimanov rayonu R. Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin metodbirləşmə rəhbəri Hüseynova İlhamənin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş intellektual yarış keçirildi.

Yarışda məktəbin 3-cü və 4-cü sinif şagirdlərindən ibarət komandalar iştirak etdi. Maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə görə, “Zəfər” komandası I yeri qazanaraq qalib oldu.

Qalib gələn komandalar məktəbin direktoru Tahirə Şükürova tərəfindən diplomla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi