Mütaliyə vərdişləri

Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı 16 dekabr 2014-cü il tarixli,1279 nömrəli əmrinə əsasən məktəbimizdə davamlı tədbirlər keçirilir. May ayının 7-də məktəbimizdə 4-cü sinif şagirdləri Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi yazıçı-dramatuq, maarifçi Süleyman Sani Axundovun əsərlərindən ibarət tədbir təşkil etmişdirlər.4-cü sinif şagirdləri oxuduqları əsərlər əsasında hazırladıqları tədbiri nümayiş etdirdilər.Tədbiri ilk olaraq 4a sinfi çıxış etdi.4a sinifinin sinif rəhbəri M.Sədaqət şagirdlərlə birgə yazıçı-dramatuq S.Sani Axundovun həyat və yaradıcılığından danışdılar.Onlar S.S.Axundovun həyatından danışarkən Qarabağın dilbər guşəsi olan Şuşanın istedadlar yurdu olduğunu yazıçının bu torpaqda boya başa çatdığının söylədilər.Şagirdlər tərəfindən "Qaraca qız" Əhməd və Məleykə" hekayələri səhnələr şəklində nümayiş olundu.Şagirdlər burada varlı və kasıb təbəqələri qarşılaşdıraraq müqayisələr apardılar.Həmçinin xarici şəxsiyyətlərin "Dostluq" haqqında söylədikləri aforizimləri səsləndirdilər.Şagirdlər tərəfindən O.Kaziminin "Həyat bizimdir"mahnısını ifa etdilər.4b sinif rəhbəri A.Təranə şagirdlər birgə S.S.Axundovun "Qorxulu nağıllar" adı altında yazdığı Əhməd və Məleykə ,Qaraca qız ,Nurəddin hekayələrinin kiçik səhnəçiklər şəklində nümayiş etdirdilər.4c sinif rəhbəri P.Sevinc və şagirdləridə həmçinin S.S.Axundovun yaradıcılığının danışmışlar hekayələrdən ibarət səhnələr nümayiş etdirdilər.Şagirdlər Qaraca qız hekayəsində.Qaraca qızın bütün insanlara məhəbbətlə yanaşmasından, dostu uğrunda necə fəadakarlıq etməsindən danışdılar. .Rus bölməsinin 4ç sinif rəhbəri Ə.Könül və şagirdləri birgə M.Sibiryakinin "Priyomiş"əsərlərindən parçalar danışıb müzakirə etdilər.Tədbirdə məktəbin direktoru Tahirə xanım Şükürova uşaqlarla əsərlər haqqında diskusiya, sual-cavab apardı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi