Şagirdlərimiz şəhid ailəsini ziyarət edib

  Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canından dan keçən şəhidimizi, Murov Qartalı Fəxri Qəribzadənin ailəsi məktəbimizin 9 "Ç" şagirdləri, sinif rəhbəri Lalə Abdullayevanın təşkilatçılığı ilə ziyarət olunub. Fəxri Qəribzadənin xatirəsinə ehtiram əlaməti olaraq evdəki güşəsinə baxış keçirilərək, onun qısa, lakin şərəfli ömür yoluna nəzər salınıb.

Şəhidin anası ilə görüşdə Lalə müəllimə bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində davam edən və Zəfərlə yekunlaşan müharibə zamanı şəhid olan igidlərimizin əziz xatirəsi əbədiyyən xalqımızın yaddaşına həkk olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi