Daha bir sinfə şəhid adı verildi

   Nərimanov rayonu Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin direktoru Tahirə Şükürova tərəfindən 8 "Ç" sinfinə şəhid Fəxri Qəribzadənin adı verilmişdir. Məktəbin tarix müəllimi Lalə Abdullayevanın təşkilatçılığı və şagirdlərin iştirakı ilə sinifdə "Əfsanəvi döyüşçü" adlı tədbir keçirildi. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, şəhid haqqında məlumat verildi, qəhrəmanlığa aid şeirlər söylənildi və şəhidin həyat yolundan bəhs edən videoçarx izlənildi. Məktəbimizin direktoru Tahirə Şükürova çıxış edərək bildirdi ki, 44 gün davam edən Vətən müharibəsi xalqımıza otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Şanlı Zəfər qazandırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm qalibiyyətimizin Zəfər tariximizə qızıl hərflərlə yazılmağı haqqında şagirdlərə məlumat verilib. Vətən müharibəsinin həlledici məqamlarına, rəşadətli ordumuzun qəhrəmanlıq nümunələrinə, böyük qələbəni təmin edən amillərə nəzər salıb.

   Sonda Şəhid Fəxri Qəribzadənin anası məktəbin direktoru Tahirə Şükürovaya, sinif rəhbəri Lalə Abdullayevaya və 8 "Ç" sinif şagirdlərinə təşəkkür etdi.

   Daha sonra Lalə müəllimə qeyd etdi ki, bundan sonra şagirdlər daha məsuliyyətli olmalı Fəxrinin vətənə olan sevgisini ona layiq olan formada davam etdirməlidirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi