31 mart Azərbaycanlıların soyqırım gününə həsr olunmuş tədbir keçirildi

Məktəbin Fəaliyyət planının 1.3.16-cı bəndinə uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və ümumxalq hüzn günlərinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə "31 mart Azərbaycanlıların soyqırım gününün keçirilməsi" barədə məktəb üzrə əmrlə Tədbirlər planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq 31 mart Azərbaycanlıların soyqırım gününə həsr olunmuş tədbir keçirildi. Tədbir zamanı müxtəlif təqdimatlarla çıxış edən şagirdlər sonda mart qırğınlarına həsr olunmuş sənədli film izlədilər. Tədbirdə Vətən müharibəsi şəhidləri Fəxri Qəribzadənin, Elvin Abbasovun və Elzar Yusubovun anaları,ailə üzvləri iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi