Azərbaycanın taleyinə çevrilən ömür...

   2023-cü ilin "Heydər Əliyevin ili" elan olunması ilə əlaqədar məktəbimizdə silsilə tədbirlər keçilməkdə davam edir. Növbəti xüsusi dərs məktəbin ibtidai sinif müəllimi Gülşən Tağıyeva təfərindən 3 B sinfində keçirildi. Gülşən müəllimə ümumilli Liderin həyat və fəaliyyəti haqqında məlumat verərək bildirdi ki, Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi siyasi xadim rəhbərlik edib. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi. Şagirdlər Heydər Əliyevin keşməkeşli həyat yolu haqqında daha çox məlumat öyrəndilər və onlar söz verdilər ki, bundan sonra da Azərbaycanın sədaqətli varisləri olacağıq, xalqımızın milli azadlığını, dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi