Məktəbin daha bir neçə sinfinə şəhid adları verildi

Şəhidlərimizin xatirəsi məktəbimizdə mütəmadi olaraq hər zaman əziz tutulur. Ötən dərs ilində 12 şəhidin adı əbədiləşdirilmək üçün müxtəlif siniflərə verilmişdir.Cari dərs ilində də bir neçə şəhidimizin adını əbədiləşdirmək üçün müxtəlif siniflərə verilməsi nəzərdə tutulur. Xocalı faciəsinin 31-ci ildönümü günü məktəbin 2 Ç sinfinə şəhid, kapitan Əkbər Pənahovun, 5 A sinfinə şəhid baş leytenant İlqar Vəliyevin, 3 B sinfinə isə şəhid, maxe hərbi qulluqçu Saday Məmmədəliyevin adı verildi. Siniflərin hər birində onların xatirəsinə həsr olunmuş tədbir təşkil edildi. 2 Ç sinfində şəhid Əkbər Pənahovun anası Mayqa Pənahova, 5 A sinfində şəhid baş leytenant İlqar Vəliyevin xanımı Təhminə Vəliyeva, 3 B sinfində Saday Məmmədəliyevin yaxını Ülviyyə Əsədova çıxış edərək xatirələrini bölüşdülər. Məktəbin direktoru Tahirə Şükürovanın təqdimatı ilə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün onların adı siniflərə verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi