Akademik Zərifə xanım Əliyevanın 92-ci ildönümü həsr olunmuş təntənəli mərasim

Aprelin 28-də məktəbimizdə Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 92-ci ildönümü geniş şəkildə qeyd olunmuşdur.Tədbirdə giriş olaraq məktəbin direktoru Tahirə xanım Şükürova çıxış edərək Zərifə xanım haqqında xoş sözlər söyləyərək dedi ki, Zərifə xanım gözəl alim, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur.Zərifə xanım bir ömür-gün yoldaşı kimi ümummilli liderimiz, əbədi prezidentimiz Heydər Əliyev gərgin fəaliyyətlə məşğul olduğu zamanlarda hər zaman onun yanında, arxa-dayaq olmuşdur.Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu layiqli irsin davamçısıdır.Zərifə xanımın əsl ziyalı kimi hər bir azərbaycanlı xanıma örnək olduğunu habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin ,12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olduğunu bildirmişdir.Tədbirdə şagirdlərin ifasında ingilis və azərbaycan dillərində şeirlər səsləndi. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın keçdiyi mənalı həyat yoluna nəzər salmışlar.Tədbirdə Zərifə xanımın həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş olundu.Məktəbin 8 və 5-cı sinifləri "Həkim qız", "Ana laylası" mahnılarını ifa etdilər.Şagirdlər tərəfindən Sözləri: Fikrət Qoca Musiqisi: Sevil Aliyevaya məxsus "Ana" şeirini söylədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi