Mütaliə vərdişləri

Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı 16 dekabr 2014-cü il tarixli,1279 nömrəli əmrinə əsasən məktəbimizdə silsilə tədbirlər keçirilir.Məktəbimizin akt zalında aprelin 22-də 6-cı sinif azərbaycan bölməsi Milli Qəhrəmanlarımız haqqında,6-cı sinif rus bölməsi isə Cəfər Cabbarlının Dilarə əsərini oxuyub müzakirə etdilər.Şagirdlər Milli Qəhrəmanımız Şahlar Şükürova həsr olunan Zakir Fəxrinin "Yaza və Yoza bilmədiyim yuxu"əsərini,Valeh Məhərrəmzadənin "Hünər poeması"nı,Əlibaba Məhərrəmzadə və Sabir Hüseynovun Milli Qəhrəmanımız Mübariz İbrahimova həsr etdiyi "Müqəddəsliyə aparan yol "kitabını,Maarif Köçkünün "Qırx Qız " dastanı oxuyub müzakirə etdilər.Daha sonra oxuduqları əsərlərdən biri-birlərinə sual verib diskusiya apardılar.Şagirdlər həmçinin Milli Qəhrəmanlarımız haqqında divar qəzetləri,slaydlar hazırlayıb nümayiş etdirdilər.Sonda məktəbin direktoru Tahirə xanım Şükürova uşaqların çıxışları haqqında öz fikrini söylədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi