Mütaliə vərdişləri

Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı 16 dekabr 2014-cü il tarixli,1279 nömrəli əmrinə əsasən məktəbimizdə silsilə tədbirlər keçirilir.Aprelin 13-ü akt zalında məktəbimizin 5-ci sinifləri Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi olan Nizami Gəncəvinin "Sirlər Xəzinəsi "ndən hekayələr danışdılar. Oxuduqları əsərlərin müzakirəsini keçirdilər.Şagirdlər hekayələrdən səhnələr nümayiş etdirdilər.Əsərlərdən çıxardıqları nəticələrlə paylaşdılar.Sonda məktəbin direktoru Tahirə xanım Şükürova uşaqların çıxışları haqqında öz fikrini söylədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi