Yeni dərs ilinə start verildi

Bu gün ölkənin hər yerində olduğu kimi bizim də məktəbdə 2021-2022-ci tədris ili üçün əyani dərslərə start verildi. Yalnız müəllimlərin iştirakı ilə açıq havada, sosial məsafə gözlənilməklə şagirdlər məktəbə qəbul edildi. Dövlət himni səsləndikdən sonra məktəbin direktoru Tahirə Şükürova ilk dərs günü zəfər qoxulu, qələbə ətirli,azad torpaqlı, Xudayar təsnifli, qaçqınsız, köçkünsüz, müstəqil dövlətin ilk 1-cilərini təbrik etdi. Övladlarını məktəbə gətirə bilməyən, övladları onlarsız gələnlərin və bizim azad yaşamağımız üçün canından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Torpaq uğrunda canından keçən qəhrəmanlarımızdan məktəbimizin adını daşıyan Rafiq Nəsrəddinovun büstünə gül-çiçək dəstələri qoyuldu. Tahirə Şükürova Qələbə sevincini bizə yaşadan Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevə və müzəffər ordumuza dərin minnətdarlığını bildirdi. Sonra hamı birlikdə “Qarabağ Azərbaycandır” deyərək dərsə başladı. Qeyd edək ki, məktəbdə karantin qaydalarına riayət edərək, sıxlığın qarşısını almaq məqsədi ilə I siniflər səhər saat 08:00-da, digər siniflər 09:00-da dərsə başladılar. Siniflərə keçməzdən əvvəl şagirdlərin hər birinin girişdə hərarətini ölçdülər, əllər dezinfeksiya edildi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi