Uğurlarımız
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-426 nömrəli əmrinə əsasən "Kiçik Akademiya" üzvləri arasında tədqiqatçılıq müsabiqəsi keçirilmişdir. Məktəb üzrə Kiçik Akademiyanın prezidenti Aida Mahmudovanın elmi rəhbəri olduğu 8-ci sinif şagirdi Qasımova Mələk Bəxtiyar qızı "Bioparçalanan plastikdən istifadə edək, planetimizi tullantılardan qoruyaq" mövzusu üzrə fəal iştirakına görə Tərifnamə ilə qiymətləndirilmişdir. Onu təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik.