Sonuncu Zəng

İyunun 14-də  məktəbdə “Son Zəng” tədbiri keçirildi. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev çıxış edərək, bu ilki məzunları təbrik etdi və onlara müstəqil həyatda atacaqları addımlarda bol müvəffəqiyyətlər arzuladı. Rəhman Hacıyev Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışaraq, Azərbaycanda təhsilə qayğının ən yüksək səviyyədə olduğunu, bu sahədə həyata keçirilən hər bir islahatın, baş verən hər bir hadisələrin ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmış olduğunu diqqətə çatdırdı.

          Tədbirdə məktəb məzunları və şagirdlərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib, maraqlı səhnəciklər göstərilib.

         Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və medallarla təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi