Ulu öndər Heydər Əliyevin 96-cı ildönümünə həsr edilmiş tədbir

34 nömrəli tam orta məktəbdə  ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə  “Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda tədbir  keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.

Tədbirdə məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru  Rəhman Hacıyev başda olmaqla,  müəllim və şagirdlər iştirak etdilər. Tədbiri giriş sözü ilə məktəbin tarix müəllimi Arzu Həsənova açaraq məruzə ilə çıxış etdi. O, məruzəsində  ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının son min illik tarixi ərzində yetirdiyi ən böyük tarixi şəxsiyyət olduğunu qeyd etdi.

Çıxışçılardan XI b sinif şagirdi Eminli Ömər  “Heydər Əliyevin həyat və fəaliyyəti ,” X b sinif şagirdləri Qocayeva Ayşə  “Azərbaycanda Ordu  Quruculuğu” , Cahangirova Səriyyə  “Azərbaycan İqtisadiyyatı” , Məmmədov Murad “Heydər Əliyevin Gənclər Siyasəti” mövzularında çıxış etmişlər. Onlar ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən söhbət açdılar. Çıxışlarında bir daha göstərdilər ki, xalqımız bu gündə ümummilli lider Heydər Əliyevin siyasi varisi, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişlər.

 Sonda tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev tədbir iştirakçılarını əlamətdar gün-Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təbrik edərək bildirdi ki, bu gün biz bu əvəzolunmaz insanın, dahi şəxsiyyətin anadan olmasının 96-cı ildönümünü qeyd edirik. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Biz ötən dövrlərə nəzər salarkən Heydər Əliyev fenomeninin, böyüklüyünü, onun Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərinin dəyərini daha dərindən dərk edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi